Xəbər lenti

Tacir Şahmalıoğlu:
Maqazin 12:09 18.03.2024

Tacir Şahmalıoğlu: "Evliliyim alınmadı, boşandım"

"İlk evliliyim alınmadı, ikinci dəfə ailə həyatı qurdum".
 
Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Tacir Şahmalıoğlu ikinci dəfə ailə qurmasından danışarkən deyib. 

Sənətçi bildirib ki, buna görə kimisə ittiham etmək düzgün deyil:

"Həyatdır, heç kəs bilmir sabah başına nə gələcək. Adam ailə həyatı quranda taleyinin necə nəticələnəcəyini bilsəydi nə var idi ki... Ona görə "filankəs boşandı", "filankəs yenidən evləndi" deyə kimisə ittiham eləmək düzgün deyil". 

Qeyd edək ki, müğənni Tacir Şahmalıoğlu telekanalların birində birinci evliliyinin alınmaması və ikinci dəfə ailə qurması ilə bağlı açıqlama verib. Onun bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->