Xəbər lenti

Son sutka ərzində Tayvanda 200-dən çox zəlzələ baş verib
Dünya 11:54 23.04.2024

Son sutka ərzində Tayvanda 200-dən çox zəlzələ baş verib

Son sutka ərzində Tayvan ərazisində ən azı 218 zəlzələ və afterşok qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, TASS adanın Mərkəzi Meteorologiya İdarəsinin məlumatlarına əsasən hesablayıb.
 
Tayvanda hər saat bir neçə zəlzələ baş verir. Ölkə rəsmiləri hələlik hər hansı dağıntı barədə məlumat verməyib.

Met Office-in məlumatına görə, ən güclü iki zəlzələ 6.0 və 6.3 bal gücündə olub. 5,5 bal gücündə ilk yeraltı təkanlar aprelin 22-də yerli vaxtla saat 17:08-də (Bakı vaxtı ilə 13:08) qeydə alınıb.

Meteorologiya Mərkəzinin direktoru U Tsyan-fu jurnalistlərə bildirib ki, son 24 saat ərzində baş verən silsilə zəlzələlər aprelin 3-də baş vermiş güclü zəlzələnin nəticəsidir. Onun sözlərinə görə, yeraltı təkanlar xarakterik "enerjinin konsentrə olunmuş vəiyyətdə çıxması" kimi görünür. 

Xatırladaq ki, aprelin 3-də Tayvanda 7,2 bal gücündə son 25 ilin ən güclü zəlzələsi baş verib. Zəlzələnin episentri Hualian bölgəsində olub. Son məlumatlara görə, zəlzələ nəticəsində, 16 nəfər ölüb, 1115 nəfər yaralanıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->