Xəbər lenti

SOCAR-ın Türkiyədəki ofisinə hücumda şübhəli bilinən 13 nəfər saxlanıldı
Dünya 16:03 03.06.2024

SOCAR-ın Türkiyədəki ofisinə hücumda şübhəli bilinən 13 nəfər saxlanıldı

SOCAR-ın Türkiyə ofisinə hücumda şübhəli bilinən şəxslər saxlanılıblar.

Bu barədə yerli media xəbər yayıb.

Bildirilib ki, "Fələstin Üçün Min Gənc" təşkilatının 13 üzvü saxlanılıb. Onların ifadələri alınandan sonra məhkəmə qarşısına çıxarılacağı vurğulanıb.

Qeyd edək ki, bir neçə gün əvvəl SOCAR-ın İstanbuldakı ofisinə hücum olub. Səbəb kimi SOCAR-ın guya İsrailə neft satması göstərilib.

SOCAR Türkiyə bu gün İsrailə xam neft satmaq ittihamlarına cavab olaraq məlumat yayıb. Şirkət yaydığı açıqlamada iddiaları əsassız adlandırıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->