Xəbər lenti

Si Szinpin Tayvanı
Dünya 12:57 01.10.2024

Si Szinpin Tayvanı "Çinin toxunulmaz ərazisi" elan etdi

Çin Kommunist Partiyasının sədri Si Szinpin demokratik Tayvanla "yenidən birləşməyə" nail olacağına söz verib.

Bu barədə Qaynarinfo Çinin dövlət agentliyi "Sinxua”ya istinadən xəbər verir.

"Tayvan Çinin toxunulmaz ərazisidir”, - Si bildirib.

O, "Tayvanın müstəqilliyinə yönəlmiş separatçı fəaliyyətlərə qətiyyətlə qarşı çıxmağa” çağırıb.

Sentyabrın 30-da Çin Xalq Respublikasının yaranmasının 75-ci ildönümünə həsr olunmuş təntənəli iclasda Si Szinpin çıxışında "vətənin tam birləşməsinə" nail olmaq əzmini vurğulayıb.

"Bu, dönməz tendensiya, ədalət və xalqın ümumi istəyidir. Heç kim tarixin gedişatını dayandıra bilməz", - o, Pekində çıxışı zamanı deyib. 

Qeyd edək ki, Çin Xalq Respublikasının yaranması günü oktyabrın 1-də qeyd olunur.

Çinin hakim Kommunist Partiyası Tayvanı heç vaxt idarə etməsə də, öz ərazisi hesab edir və lazım gələrsə, güc yolu ilə də olsa, özünü idarə edən demokratiya ilə "yenidən birləşməyə” söz verib.

Bununla belə, bir çox ada sakinləri özlərini əsl tayvanlı hesab edirlər və kommunist Çinin bir hissəsi olmaq istəmirlər.

Hər iki tərəf 1949-cu ildən, Çin Vətəndaş Müharibəsinin bitməsindən sonra ayrı-ayrı hökumətlər tərəfindən idarə olunur. Kommunistlər Pekində hakimiyyəti ələ keçirərək 1949-cu il oktyabrın 1-də Çin Xalq Respublikasını qurublar, məğlub olan Millətçilər isə Tayvana qaçaraq höküməti adada qurublar. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->