Xəbər lenti

SHXÇDX əməkdaşlarına tibbi xidmət DSX tərəfindən göstəriləcək
Ölkə 12:06 08.08.2024

SHXÇDX əməkdaşlarına tibbi xidmət DSX tərəfindən göstəriləcək

Baş nazir Əli Əsədov "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) əməkdaşlarının sağlamlığının mühafizəsi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında" qərar imzalayıb.

Qaynarinfo xəbər verir ki, qərarla SHXÇDX-nin əməkdaşlarına (Xidmətdən pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla) və onların ailə üzvlərinə tibbi xidmətin göstərilməsi, o cümlədən xəstəliklərin profilaktikası, ilkin tibbi-sanitariya yardımı, təcili və təxirəsalınmaz tibbi yardım, ambulator-poliklinik və stasionar tibbi yardım, onların tibbi reabilitasiyası və sağlamlaşdırılmasının təmin edilməsi "Hərbi qulluqçuların statusu haqqında” qanunun və "Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin tələbləri nəzərə alınmaqla, Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən həyata keçiriləcək.

Maliyyə Nazirliyinə tapşırılıb ki, qərarın icrası ilə əlaqədar müvafiq vəsaitin hər il növbəti ilin dövlət büdcəsi layihəsinin tərtibi zamanı SHXÇDX-nin DSX ilə razılaşdırılmış təklifləri əsasında DSX-nin saxlanılması xərclərinin tərkibində nəzərdə tutulmasını təmin etsin.

Qərar 2024-cü il sentyabrın 1-dən qüvvəyə minir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->