Aprel ayından etibarən Asiya və Avropa ölkələri neftə görə Səudiyyə Ərəbistanına daha çox pul ödəməli olacaqlar.
Qaynarinfo xəbər verir ki, bu haqda Bloomberg agentliyinin məlumatında
deyilir.
Agentliyin qeyd etdiyi kimi, Səudiyyə Ərəbistanı "Asiya və Avropada neftə tələbatın çoxaldığını və bu bölgələrə xam neft tədarükünün qiymətlərini artırdığına" işarə edib.
Nəşr yazır ki, bir çox ekspertlər koronavirus məhdudiyyətlərinin götürülməsindən sonra Çin iqtisadiyyatının bərpası və dünyanın digər regionlarında inflyasiyanın yavaşlaması fonunda neftin qiymətinin bir barel üçün 100 dollar səviyyəsinə qalxacağını proqnozlaşdırır.
Dövlətin nəzarətində olan Saudi Aramco aprel ayına Asiya üçün rəsmi qiymətlərinin əksəriyyətini qaldırıb. Şirkətin flaqmanı Arabian Light nefti regional orta göstəricidən 2,5 dollar, mart ayı materialından isə 50 sent çoxdur.
"ABŞ-da alıcılar üçün qiymətlər dəyişməz qalıb, Avropanın şimal-qərbindəki və Aralıq dənizindəki müştərilər üçün isə 1,30 dollar/barel bahalaşıb", - Bloomberg əlavə edib.
Alpər
Şərhlər