"Səfər sığortası sivil ölkələrin hamısında mövcuddur. Hətta Azərbaycanda da səfər sığortası tətbiq edilir. Lakin Gürcüstanın nəzərdə tutduğu kimi sərt şəkildə səfər sığortası olmayanların ölkəyə girişinə qadağa qoyulmayıb".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli iyun ayından sonra Gürcüstana daxil olan istənilən əcnəbilərin sığortalanmadığı təqdirdə 300 lari (190 manat) cərimələnəcəyi ilə bağlı qərarını şərh edərkən deyib.
Ekspert bu sığortanın könüllü olduğunu əlavə edib:
"Səfər sığortasını əhatə edən xidmətlər var, yəni baxır nəyi sığorta edirsən. Sığortaya baqaj, sağlamlıq, təsadüfü bədbəxt hadisələrvə s. aiddir. Onların qiyməti 200 dollardan başlayır. 2-5 min, hətta 10 min dollar da səfər sığortası edənlər var. Səfər sığortasının məbləği müştəri ilə sığorta şirkəti arasında bağlanan müqavilədən asılıdır, onun standart baza məbləği mövcud deyil".
Akif Nəsirli bildirib ki, səfərə çıxan fiziki şəxs qarşılaşdığı sürprizləri sığortalamaq istəyir:
"Adətən, səfər sığortasını hüququ şəxsər bağlayır. Turizm şirkətləri kollektiv şəkildə vətəndaşları bir ölkədən başqa ölkəyə türist kimi aparır. Bu zaman həmin fiziki şəxs sığorta şirkəti ilə hər bir nəfər üçün müqavilə bağlayır. Bu müqavilə bəzən hamı üçün standart olur, bəzən isə fiziki şəxsin arzusu ilə bağlı olaraq xüsusi şərtər də qəbul edilir. Məsələn, biri baqajını deyil, sağlamlığını sığortalayır, yaxud da əksinə".
Akif Nəsirli hər bir şirkət üçün standart bazanın olduğunu qeyd edib:
"Ondan əlavə kim nə istəsə əlavə edə bilər. Son illər turizm şirkətləri fərdi şəxslərlə də səfər sığortası müqaviləsi bağlayırlar".
Qeyd edək ki, qərara görə 2024-cü ilin iyun ayından Gürcüstana daxil olan istənilən əcnəbinin sığorta müqaviləsi olmalıdır. Əks təqdirdə 300 lari (190 manat) cərimələnəcək.
Bahar Rüstəmli
Şərhlər