"Seçkiqabağı təşviqat üçün ayrılan pulsuz efir vaxtının ümumi həcmi həftədə 3 saatdan az olmamalıdır".
Oxu.Az xəbər verir ki, bu barədə Audiovizual Şuranın sədri İsmət Səttarov Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Milli Məclisə seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, təqdim edilən pulsuz efir vaxtı qeydə alınan namizədlər arasında bərabər şərtlər və həcmdə bölünür:
"Pulsuz efir vaxtı daha geniş auditoriyanın baxması mümkün olan vaxtda ayrılmalıdır. Seçkiqabağı materialların efirə çıxma vaxtı və tarixi müvafiq seçki komissiyasının yayımçının nümayəndələrinin iştirakı ilə keçirilən püşkatma ilə müəyyənləşdirilir. Püşkatmanın keçirilməsinin yeri və vaxtı haqqında məlumat rəsmi dərc edilir".
Şərhlər