Xəbər lenti

Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Ölkə 13:07 04.10.2023

Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi

Tanınmış jurnalist Səbuhi Məmmədlinin sağ ayağı amputasiya edilib. 

Bu barədə Lent.az-a M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, əməliyyat bu gün həyata keçirilib və jurnalistin sağ ayağı da amputasiya edilib. Bundan əvvəl isə onun sol ayağı amputasiya edilmişdi. 

Hazırda jurnalistin durumu normal qiymətləndirilir.

Xatırladaq ki, S.Məmmədli diabet və dialez xəstəsidir. 

Qeyd edək ki, Səbuhi Məmmədli Lent.az saytının əməkdaşıdır.

APA Media Group jurnalist Səbuhi Məmmədlinin durumu ilə bağlı vəziyyəti yaxından izləyir və diqqətdə saxlayır. 

Kollektivimiz S.Məmmədliyə şəfa diləyir və tezliklə sağlamlığına qovuşmasını arzu edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->