Xəbər lenti

İdman 19:18 22.06.2024

"Santuş yığmaya güclü oyun fəlsəfəsi gətirəcək" - Dadaşov

"Santuş böyük təcrübəsi olan mütəxəssisdir. Onunla işləməyi səbirsizliklə gözləyirəm”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Fernandu Santuşun yığmaya baş məşqçi təyin olunması barədə danışarkən deyib.

25 yaşlı hücumçu portuqaliyalı mütəxəssisin milli komandaya güclü oyun fəlsəfəsi gətirəcəyinə inandığını bildirib: "Digər işlər isə bizim üzərimizə düşür. Baş məşqçinin tapşırıqlarını meydanda dəqiq yerinə yetirməliyik”.

F.Santuşun qarşısına Avro-2028-ə vəsiqə qazanmaq hədəfinin qoyulması ilə bağlı da danışan forvard qeyd edib ki, artıq böyük turnirlərdə oynamağın vaxtı çatıb: "Biz, nəhayət, ölkəmiz üçün böyük bir iş görmək istəyirik. Bunun üçün çox çalışmaq lazımdır”.

Müqavilə ilə İsveçrənin "Qrasshopper” klubuna məxsus olan R.Dadaşov hələlik gələcək karyerası ilə bağlı qərar vermədiyini söyləyib: "Hazırkı komandamla daha 1 illik sözləşməm var. Nəyin necə olacağını zaman göstərəcək”.

Qeyd edək ki, Renat Dadaşov ötən mövsümü icarə əsasında Türkiyənin "Hatayspor” klubunda keçirib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->