Xəbər lenti

Rüsum artdı, bəs balığın qiyməti? -
Ekonomiks 18:50 16.10.2024

Rüsum artdı, bəs balığın qiyməti? - "Bahalaşma olacaq"

"Düşünmürəm ki, bu addım yerli balıqların qiymətinə təsir göstərəcək". 

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli ölkəyə gətirilən diri balığın gömrük rüsumunun artırılması ilə bağlı qərarı şərh edərkən deyib. 

Ekspert ölkə daxilində yerli balıq istehsalının kifayət qədər olmadığını qeyd edib:

"Bu addım o vaxt atıla bilərdi ki, ölkə daxilində balıq istehsalı kifayət qədər yüksək səviyyədə olsun və onun idxala ehtiyacı olmasın. Bu halda daxili bazarı qorumaq üçün xaricdən gələn balıqlara gömrük rüsumu tətbiq etmək olardı". 
 
Akif Nəsirli ancaq bu yolla daxili bazarın qorunmasının mümkünlüyünü qeyd edib:



"Daxili bazarda çatışmazlıq olduğu halda xarici balığa gömrük rüsumui tətbiq edilirsə, deməli xaricdən gətirilən balıqların qiyməti artacaq". 

Akif Nəsirli hesab edir ki, gömrük rüsumu artırsa idxal məhsullarının qiyməti bir qədər artacaq:

"Amma hökumət balıq idxalına 15% rüsum qoymaqla düşünür ki, daxili bazarda canlanma yarada bilər. Bu da daxili bazarın inkişafına təsir göstərər, əhali idxal balığından daha çox yerli balıqlar almağa üstünlük verər".

Qeyd edək ki, diri və soyudulmuş balıq növlərinin idxalına yeni gömrük rüsumu müəyyən olunub. Qəbul edilən Nazirlər Kabinetinin 453 nömrəli Qərarına əsasən 30.06.2026-cı il tarixinədək bir sıra diri və soyudulmuş balıq növləri üzrə idxal gömrük rüsumları 0% dərəcəsindən 15% dərəcəsinə  yüksəldilir. Qərar daxili istehsalın rəqabət qabiliyyətinin artırılması, daxili bazarın qorunması, o cümlədən, yerli sahibkarlara dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə qəbul edilib. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->