Argentinanın "River Pleyt" klubunun yarımmüdafiəçisi Ezekiel Barko Moskva "Spartak"ına keçəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Sezar Luis Merlo X sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, klublar transferlə bağlı razılığa gəliblər. Mənbə bildirir ki, "Spartak" 25 yaşlı futbolçu üçün 16 milyon dollar ödəməyə hazırdır və bu məbləğ "River Pleyt"i qane edir. Barkonun gələn həftə Moskvaya uçacağı və tibbi müayinədən keçdikdən sonra 4 illik müqavilə imzalayacağı gözlənilir.
Ötən mövsüm yarımmüdafiəçi "River Pleyt"in heyətində bütün turnirlərdə 28 oyun keçirib. Bu görüşlərdə o, iki qol vurub və yeddi məhsuldar ötürmə edib. Barko Argentina U20 və U23 milli komandalarına çağırılıb və olimpiya millisində üç oyun keçirib.
Maraqlıdır ki, "Spartak"ın başqa bir "River Pleyt" oyunçusu Pablo Solari ilə maraqlandığı iddia edilirdi. Solarinin 10 qat Rusiya çempionunun maraq dairəsində qalıb-qalmayacağı bəllki deyil.
Aydın
Şərhlər