Xəbər lenti

Rusiya XİN: “Aİ bununla sadə rusiyalılara ziyan vurur”
Dünya 10:45 19.09.2023

Rusiya XİN: “Aİ bununla sadə rusiyalılara ziyan vurur”

Rusiya Xarici İşlər Nazirliyi ayrı-ayrı Avropa İttifaqına üzv dövlətlərin Rusiya qeydiyyatında olan avtomobillərin ölkəyə girişinə qadağa qoyulması qərarını şərh edərək, "sadə rusiyalılara ziyan vurduğunu” qeyd edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir

Moskva Avropa Komissiyasının Rusiya avtomobillərinin ölkəyə giriş qadağası ilə bağlı son açıqlamalarını "absurddan kənar” və "adi rusiyalılar” üçün zərərli hesab edir.

"Aİ-nin hazırkı rəhbərliyinin Avropada yeni "dəmir pərdə” çəkmək istəyi indi tamamilə göz qabağındadır və insanlar arasında ünsiyyət imkanlarını mümkün qədər məhdudlaşdırır”, - Rusiya Xarici İşlər Nazirliyi yazır.

Orada Avropa Komissiyasının hərəkətləri "Aİ-yə üzv dövlətləri rusiyalılara qarşı milli mənsubiyyətə görə ayrı-seçkiliyi artırmağa açıq şəkildə təhrik etmək” kimi qiymətləndirilir. Rusiya Xarici İşlər Nazirliyi vətəndaşları Avropa İttifaqına səyahət edərkən riskləri ölçməyə çağırıb.

"Avropa İttifaqı dövlətlərinin paytaxtları aydın şəkildə başa düşməlidirlər ki, bədnam Aİ "həmrəyliyi” adı ilə insan haqlarını açıq-aşkar tapdalayan Brüsselin "arxasında oturmaq” mümkün olmayacaq”, - bəyanatda deyilir.

Qeyd edək ki, ötən həftə Litva, Latviya və Estoniya Avropa Komissiyasının dəqiqləşdirmələrindən sonra Rusiya qeydiyyatında olan avtomobillərin ölkəyə buraxılmasını dayandırmaq qərarına gəlib. Daha sonra onlara Finlandiya və Polşa qoşulub. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->