Xəbər lenti

Rusiya qoşunları Dneprdən 5-15 km geri çəkilib - Qumenyuk
Dünya 20:03 07.06.2023

Rusiya qoşunları Dneprdən 5-15 km geri çəkilib - Qumenyuk

İyunun 6-na keçən gecə Kaxovka SES-in partladılmasından sonra Rusiya qoşunları Dneprdən 5-15 km geri çəkilib. Lakin onlar Xersonu atəşə tutmağa davam edirlər.
 
Qaynarinfo xəbər verir ki, bu barədə RBC-Ukrayna telemarafon zamanı Ukraynanın Cənub müdafiə qüvvələrinin Birgə əlaqələndirmə mətbuat mərkəzinin rəhbəri Natalya Qumenyukun bəyanatına istinadən məlumat yayıb

"Onlar müxtəlif məsafələrə çəkiliblər. Suyun dağılmasından asılı olaraq, mövqelərini 5-15 km geri çəkiblər", - o deyib.

Onun sözlərinə görə, ruslar evakuasiya və polis qrupları və xilasedicilərin yerli əhali ilə işi zamanı birbaşa sağ sahili atəşə tutmağı dayandırmayıb.

"Onlar Xersonun su basmış ərazilərini vurdular. Və onlar ticarət mərkəzini kömək üçün toplaşa biləcəkləri "hab" kimi qəbul edərək yenidən atəşə tutdular", - Qumenyuk bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->