Xəbər lenti

Dünya 11:43 22.08.2024

"Rusiya Moldovada sabitliyi pozmağa çalışır" - Olaf Şolts

Almaniya kansleri Olaf Şolts Kişinyova səfəri zamanı Rusiyanın Moldovada sabitliyi pozmağa çalışdığını və Moldova prezidenti Maya Sandunu dəstəklədiyini bildirib.

Qaynarinfo xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.

"Biz bilirik ki, Rusiya və rusiyayönlü oyunçular ölkədə sabitliyi pozmağa çalışırlar. Buna görə də, Kişinyovda bu gün əsas mesaj: Biz sizinləyik, əziz Maya Sandu”, - Şolts yazıb.

Şolts əlavə edib ki, Moldova da Rusiyanın Ukraynaya təcavüzündən və onun nəticələrindən əziyyət çəkir.

Xatırladaq ki, avqustun 1-də Moldovada prezident seçkiləri kampaniyası rəsmən başlayıb. Ölkədə seçkilər oktyabrın 20-də keçiriləcək.

Avqustun 7-də Moldova Mərkəzi Seçki Komissiyası Rusiya yönlü "Qələbə” blokunu prezident seçkilərində və referendumda iştirak etmək üçün qeydə almaqdan imtina edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->