Xəbər lenti

Rusiya ilə əlaqəli üç haker qrupu Qərbin bank sistemini çökdürtməklə hədələdi
Dünya 14:02 16.06.2023

Rusiya ilə əlaqəli üç haker qrupu Qərbin bank sistemini çökdürtməklə hədələdi

Rusiya ilə əlaqəsi olan üç haker qrupu Avropadakı banklara kiberhücum həyata keçirməklə hədələyir. Söhbət Anonymous Sudana, REvil və Killnet qruplarından gedir.
 
Onların bəyanatında deyilir ki, hücum Qərbin Ukraynaya dəstəyinə cavab olacaq. Onlar hesab edirlər ki, "pul yoxdursa, silah yoxdur, Kiyev rejimi də yoxdur”.

Qaynarinfo xəbər verir ki, bu barədə RTL Niews məlumat yayıb
 
Niderlandın kibertəhlükəsizlik şirkəti Computest təhlükəni real adlandırıb, lakin hakerlərin hücumu həyata keçirə biləcəyindən əmin deyil. 

Eyni sahədə çalışan FalconFeeds şirkəti SWIFT bank sisteminin hakerlərin hədəfi ola biləcəyini ehtimal edib. Portalın aydınlaşdırdığı kimi, SWIFT-in uzun müddətə sıradan çıxması səbəbindən maliyyə sistemi zərər çəkə bilər, belə ki, o, "müəyyən məlumatları mərkəzləşdirilmiş qaydada idarə edir".

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->