Xəbər lenti

Rusiya buğdanın ixrac rüsumunu kəskin azaldır: Azərbaycana xeyiri var?
Ekonomiks 20:55 03.08.2024

Rusiya buğdanın ixrac rüsumunu kəskin azaldır: Azərbaycana xeyiri var?

"Rüsumla yanaşı, rus buğdasının da qiyməti getdikcə ucuzlaşır. Azərbaycan əsasən buğdanı Rusiyadan idxal edir. Rüsumun iki dəfə azalması müsbət haldır".

Bunu Qaynarinfo-ya açıqlamasında Akif Nəsirli deyib. Onun sözlərinə görə, Rusiyadan taxıl idxalı çoxaldıqca, qiymətlərdə Çinin hesabına bahalaşma ola bilər:

"Çin Rusiyadan küllü miqdada taxıl almağa başlayıb. Ümumiyyətlə, dənli bitkilərin hamısından alır. Bu alıcılıq ola bilsin ki, qiymətlərə müəyyən qədər təsir göstərsin. Amma bu təsirlərdə də indiki dövrdəki kimi olmayacaq. Çünki indi mövsümü dövrdür".
 


Akif Nəsirli Rusiyanın 60 milyon ton ərzaq buğdası ixrac edildiyini qeyd edib:

"Onun 1,2 milyon tonunu biz idxal edirk. Üstəlik bu günlərdə Qazaxıstan da bəyanat verib ki, Azərbaycana 1 milyon ton ərzaq buğdası satmağa hazırdır. Bizim alternativ mənbəyimiz də var".

Qeyd edək ki, Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Rusiyadan buğda ixracına görə rüsum avqustun 7-dən bir ton üçün 906,4 rubldan 444,4 rubla endiriləcək.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->