Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) rəisi Kirill Budanov bildirib ki, Ukrayna Rusiya prezidenti Vladimir Putinə yaxın mənbələr də daxil olmaqla bir çoxlıarından məlumat alır.
Qaynarinfo xəbər verir ki, Reuters-ə müsahibəsində Budanov etiraf edib ki, 2014-cü ildə Ukrayna informasiya müharibəsində Rusiyaya uduzub, indi isə Rusiya Ukraynaya
uduzur.
Məlumata görə, Ukrayna kəşfiyyatı Priqojinin Rusiyadakı üsyanından sonra düşmənin qiymətləndirməsi ilə bağlı bəzi nəticələr çıxarıb. Budanovun özü jurnalistlərə xatırladıb ki, QUR Rusiya Federasiyasının tammiqyaslı işğalının real təhlükəsi barədə ilk xəbərdarlıq edib.
"Bizim öz mənbələrimiz var. Belə desək, Putinə ən yaxın ofislərdə. Ona görə də biz adətən nə baş verdiyini bilirik", - o deyib.
Jurnalistlər ayrıca qeyd ediblər ki, QUR-un düşmənləri məhv etmək prinsipi İsrailin Mossad-ı ilə müqayisə oluna bilər. Budanov belə bir bənzətməni inkar etməyib. "Mossad-ın öz dövlətinin düşmənlərini məhv etməsi ilə məşhur olduğunu soruşsanız, biz bunu etmişik və edəcəyik. Bizə heç nə yaratmağa ehtiyac yoxdur, çünki o, artıq mövcuddur", - QUR rəhbəri cavab verib.
Materialda bildirilir ki, Budanova qarşı artıq çoxlu uğursuz sui-qəsd cəhdləri edilib. Sonuncu halda hücum edənin özü avtomobili partlatmaq istəyərkən partladılıb.
Söhbətin sonunda jurnalistlər rusların Kiyevdəki Baş Kəşfiyyat İdarəsinin qərargahına zərbə endirmək cəhdini xatırladıblar və Budanov bunun ilk dəfə olmadığına aydınlıq gətirib. "Bu, onların ilk cəhdi deyildi. Amma, gördüyünüz kimi, biz yenə də buradayıq, bu binanın əsas hissəsindəyik. Siz bayırda olanda insanların gəzdiyini və işlədiyini görə bilərsiniz", - Budanov əlavə edib.
Alpər
Şərhlər