Xəbər lenti

Qohum evliliyi: Fəsadlar və insan haqları - Kim haqlıdır?
Ölkə 16:44 21.06.2024

Qohum evliliyi: Fəsadlar və insan haqları - Kim haqlıdır?

(Yazı "gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusu üzrə hazırlanıb)
 
"Bu qərarla razı deyiləm. Azərbaycanda qohum evlilikərinin əksəriyyətində xoşbəxt ailə modeli var”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında sosiloq Mail Yaqub Azərbaycanda qan qohumlarının nikaha daxil olmasının qadağan edilməsi ilə bağlı layihəni şərh edərkən deyib. 

Sosioloq layihənin məqsədini anlamadığını bildirib:
 
"Bu layihənin səbəbi nədir? Mənası nədir? Guya onunla əlaqələndirirlər ki, qohum evliliklərində problemli uşaqların sayı digərləri ilə müqayisədə nisbətən daha çoxdur. Bu, cüzi fərqdir. İkincisi, əgər yaxın qohum evliliklərində məsələn, əmiqızı-əmioğlu burada bir problemin olması ehtimalı var. Bu ehtimal hardasa 3-5%-dir. Əgər onların qanında bir problem olması ehtimalı varsa, bu mütləq qan analizində aşkarlanacaq. Evlilikdən öncə müayinə olunmalıdırlar. Bu qərarın əlehinəyəm. Hətta mən bunu insan hüquqlarına, sərbəst seçim hüquqlarına qarşı akt kimi dəyərləndirərəm”. 
 


Tibbi ekspert, professor Adil Qeybullanın fikirincə, əslində, bu layihənin ortaya çıxması sıradan məsələ deyil:

"Əvvala aydınlaşır ki, Azərbaycanda xeyli genetik xəstəliklər var. Qohum evlilikləri nəticəsində bəzən bu xətəliklərin sayı artır. Yeni orqanizmin sağlam gen götürmək imkanı qohumlarda xeyli məhduddur. Əslində bu qadağalar buna görədir. Kim istəyir evlənəndə qohumluğunu gizlətsin, onun şəxsi işidir. Onsuz da cahil adamlara xeyri yoxdur. İkincisi isə bu məsələnin araşdırılması mexanizmləri də var”. 

Adil Qeybulla bildirib ki, əgər bu qanunla qadağandırsa, insan məsuliyyət daşıyacaq:

"Necə ki, qardaş və bacı arasında zamanında münasibətlər olub. Buna insest deyirlər. Amma bu gün onlar həm mənəvi, həm bioloji, həm də fiziki baxımdan təhlükəli sayıldığından bunlardan uzaq dayanılır. Bu da həmçinin, insanlar bunun mahiyyətini başa düşməlidirlər. Bu qanunlar sırada,n kiminsə arzusu ilə ortaya çıxmayıb. Bu genefondu sağlamlaşdırmaq üçün çox vacibdir və insanlar buna əməl etməlidirlər”. 
 


Professor xatırladıb ki, talesemiyalı doğulan bir uşağın il ərzində müalicə xərci 6 min dollara başa gəlir:

"Axı bu risklərə niyə gedilməlidir? İnsanlar bu qərarı düzgün anlamalıdırlar. İkincisi də qərarları verən şəxslər də zəhmət çəkib televiziya ekranlarından, elektron mətbuatdan, lazım gələrsə sosial şəbəkələrdən xalqı maarifləndirməlidirlər. Bu qərar niyə verilib? Mahiyyəti nədur? İnsanlar bu qərara əməl etməlidir”. 

Qeyd edək ki, Azərbaycanda qan qohumlarının nikaha daxil olması qadağan edilir. Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif olunur. Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılır.

Bahar Rüstəmli
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->