Xəbər lenti

Qlobal Sülh Sammitində iştirakçıların sayı azalıb
Dünya 13:42 12.06.2024

Qlobal Sülh Sammitində iştirakçıların sayı azalıb

İyunun 15-16-da İsveçrədə keçiriləcək Qlobal Sülh Sammitində iştirakını təsdiqləyən ölkə və təşkilatların sayı 93-dən 78-ə enib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Azadlıq radiosu” adı açıqlanmayan bir neçə Aİ diplomatına istinadən yazır.

Qeyd olunur ki, nəşrin həmsöhbətləri sammitdə iştirakla bağlı fikirlərini dəyişən ölkələrin adlarını açıqlamayıblar. Diplomatlardan biri onların siyahısının doldurula biləcəyini istisna etməyib.

"Məqsədim 80 nəfərlik ailə şəklini çəkməkdir", - rəsmi deyib.
 
Eyni zamanda, 78 təsdiqlənmiş iştirakçı barədə məlumat verən başqa bir diplomat qeyd edib ki, "hələ bir az vaxt var”.

Xatırladaq ki, daha əvvəl İsveçrə prezidenti Viola Amherd 90-a yaxın ölkə və təşkilatın İsveçrədə keçiriləcək ilk sülh sammitində iştirakını təsdiqlədiyini bildirib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->