Beynəlxalq Qırmızı Xaç Komitəsi hələ də itkin düşən azərbaycanlılarla bağlı məsələdə real addımlar atmaqdan yayınır. Onlar Azərbaycan tərəfinin bu mövzu ilə əlaqədar çoxsaylı müraciətini cavabsız qoyurlar.
Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 54 hərbçi BQXK vasitəsilə ailələri ilə əlaqə saxlasalar da, sonradan onların talelərinin necə olması ilə bağlı hər hansı məlumat verilməyib. BQXK bu hərbi cinayətin araşdırılması istiqamitəndə heç bir səy göstərməyib.
BQXK 2014-cü ildə DNT məlumat bazasını yaratmasına baxmayaraq, itkin düşən soydaşlarımızın işinə hər hansı töhvə verməyib. Bu da BQXK-nin itkin düşən azərbaycanlıların taleyinə biganə yanaşmasının göstəricisidir.
BQXK nəyə görə hələ də Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələni araşdırmır?
Politoloq Abutalıb Səmədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, BQXK-nin itkin düşən azərbaycanlıların taleyinə biganə yanaşması onların ermənipərəst mövqeyi ilə bağlıdır:
"BQXK itkin düşən azərbaycanlıların taleləri ilə bağlı məsələləri araşdırmağa çalışmadığını etiraf etmir. Bu məsələyə biganə yanaşdıqlarını boyunlarına almırlar. Guya araşdırırlar. Guya Ermənistan hakimiyyəti də bu məsələdə əlindən gələni edir. Paşinyan da dəfələrlə Birinci Qarabağ müharibəsində itkin düşən minlərlə soydaşımızın başına gələnləri araşdıracağına söz verib. Ancaq nəticə yoxdur. Bu fonda onların nə cür "araşdırdıqları"nı da bilirik. Əslində, bu istiqamətdə heç bir araşdırma aparılmır, heç bir iş görülmür. Hər dəfə məsələ qaldırılanda araşdıracaqlarını desələr də, reallıqda konkret heç bir iş görmürlər. Görünən odur ki, BQXK bu məsələdə tərəfli mövqe tutur. Bu göz önündədir.
Qarabağ erməniləri guya blokada da yaşadıqları barədə haray-həşir salırlar. Guya onlara qarşı etnik təmizləmə siyasəti aparıldığını uydururlar. Eyni zamanda, onlar Ağdam-Əsgərən yolunu beton pilitələrlə bağlayırlar. BQXK isə bununla bağlı heç bir bəyanat vermir. Azərbaycan humanitar fəlakətdən danışanlara yardım etməyə hazırdır. Onda ermənilər niyə yolu bağlayırlar? Separatçıların Qarabağın erməni əhalisinə qəsd etməkdə məqsədləri nədir? Bunu Araik Arutyunyan, Ruben Vardanyan kimi yaramazlar edir. Son nəticədə zərər çəkənlər də sadə ermənilərdir. Ancaq BQXK-nin səsi eşidilmir. Görünür, Azərbaycan bununla bağlı hər gün bəyanatlar verməlidir. Parlament məsələ qaldırmalı, siyasi partiyalar bəyanat verməlidir. Dünyanın diqqətini həmin məsələyə yönəltməliyik. Qarabağdakı erməni əhalisinə Azərbaycan humanitar yardım göstərmək istəyir, ancaq ekstremistlər, terrorçular Ağdam-Əsgəran yolunu bağlayaraq, buna imkan vermirlər. BQXK isə yenə də susur".
Rüfət Sultan
Şərhlər