Xəbər lenti

“Qarabağ”ın potensial rəqibləri: “Qalatasaray”la qarşılaşa bilər? (SİYAHI)
İdman 10:34 01.08.2024

“Qarabağ”ın potensial rəqibləri: “Qalatasaray”la qarşılaşa bilər? (SİYAHI)

Çempionlar Liqasında pley-off mərhələsinin püşkü avqustun 5-də keçiriləcək.

Qaynarinfo xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Püşkdə Azərbaycan çempionu "Qarabağ”ın da mümkün rəqibi bilinəcək. Qurban Qurbanovun yetirmələrinin "Lüdoqorets”lə təşkil etdiyi cüt səpələnməmişlər səbətində yer alacaq.

"Qarabağ”ın rəqibləri arasında əvvəlki mərhələlərdən azad olan üç klub və iki cüt var: "Dinamo” Z, "Srvena Zvezda”, "Malmö" - PAOK , "Midtulland" - "Ferentsvaroş" və "Yanq Boyz”.

Türkiyənin "Qalatasaray” klubu da səpələnməmişlər səbətindədir. Bu üzdən Azərbaycan və Türkiyə çempionları pley-offa qarşılaşa bilməz.

Çempionlar yolu
Səpələnmişlər
"Dinamo” Z
"Srvena Zvezda”
"Malmö" - PAOK
"Midtulland" - "Ferentsvaroş"
"Yanq Boyz”

Səpələnməmişlər
"Qarabağ" - "Lüdoqorets"
"Qalatasaray”
"Slovan" - APOEL
"Yagellonya" - "Bodo Qlimt"
"Sparta" - "Styaua"

Liqa yolu
Səpələnmişlər
"Dinamo" K - "Reyncers”
"Slaviya” - "Union Sent Jiloaz”
Səpələnməmişlər
"Lill” - "Fənərbaxça"
"Zalsburq” - "Tvente”

Qeyd edək ki, pley-offun matçları avqustun 20-21-də və 27-28-də keçiriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->