Baş məşqçi postuna Okan Buruku gətirən "Qalatasaray" transfer çalışmalarını davam etdirir.
Qaynarinfo "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul klubu "Benfika"dan Haris Seferoviçin keçidini yekunlaşdırmaq
üzrədir.
Meneceri ilə böyük ölçüdə anlaşma əldə olunan isveçrəli futbolçunun satın alma hüquq ilə birlikdə icarə götürülməsi nəzərdə tutulub.
"Qalatasaray" "Benfika"ya ümumilikdə 3.5 milyon, futbolçuya isə illik 2 milyon avro ödəməyi planlaşdırır.
30 yaşlı forvard karyerası ərzində "Benfika"dan başa İsveçrənin "Qrasşopper", "Serix", "Lutsern", "Xamax", Almaniyanın "Ayntraxt" (Frankfurt), İspaniyanın "Real Sosyedad", İtaliyanın "Fiorentina", "Novara" və "Leççe" klublarında çıxış edib. O, İsveçrə millisində keçirdiyi 86 oyunda 25 qol vurub.
Aydın
Şərhlər