Xəbər lenti

Prezindent bu bolqarlara non-qrata elan edilməsini istədi
Dünya 13:14 24.01.2023

Prezindent bu bolqarlara non-qrata elan edilməsini istədi

Şimali Makedoniya prezidenti Stevo Pendarovski bazar ertəsi Bolqarıstan parlamentinin deputatı Angel Cambazki və daha bir neçə bolqarı iki ölkə arasında münasibətlərin pisləşməsi ilə əlaqədar persona non-qrata elan etməyi təklif edib.

Qaynarinfo DW-nin Şimali Makedoniya xidmətinə istinadən xəbər verir ki, o, bu barədə ölkənin Təhlükəsizlik Şurasının iclasından sonra bildirib.

"Hökumətə təklifim "Əcnəbilər haqqında” qanunun müddəalarına uyğun olaraq, Avropa Parlamentinin deputatının və Bolqarıstan vətəndaşı olan bir neçə digər şəxsin etdikləri əməllərlə əlaqədar Bolqarıstandan ölkəyə girişinə qadağa qoyulmasıdır”, - Pendarovski mətbuat konfransında bildirib.

O, təhlükəsizlik baxımından onların adlarını açıqlamaqdan imtina edib.

Pendarovskinin sözlərinə görə, Balkan xalqlarının Osmanlı hakimiyyətinə qarşı mübarizəsinin lideri Qotse Delçevin doğum ildönümünü qeyd etmək üçün fevralın 4-də Şimali Makedoniyaya gəlməyi planlaşdıran bir qrup şəxs Bolqarıstanda toplaşır. Hər iki ölkə, Delçevi öz milli qəhrəmanı hesab edir, ona görə də aralarında tarixi əsaslarla mübahisələr olub.

Şimali Makedoniya prezidenti iddia edir ki, bolqarlardan ibarət qrup ölkədə və Bolqarıstanla münasibətlərdə sabitliyi pozmaq məqsədi daşıyacaq və Rusiyanın hərbi kəşfiyyatı ilə də əlaqələri ola bilər. Şəxsin persona non-qrata elan edilməsi ilə bağlı yekun qərarı ölkənin Xarici İşlər Nazirliyi verir.

Son həftələr Sofiya ilə Skopye arasında həll edilməmiş tarixi ziddiyyətlər və Şimali Makedoniyada bolqarların mədəni hüquqlarının təmin edilməsi məsələlərinə görə gərginlik artıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->