Xəbər lenti

Prezident Mikayıl Cabbarovu İşçi qrupuna rəhbər təyin etdi
Ekonomiks 14:43 27.01.2024

Prezident Mikayıl Cabbarovu İşçi qrupuna rəhbər təyin etdi

İqtisadiyyat naziri Mikayıl Cabbarov Ələt azad iqtisadi zonasının inkişafının təmin edilməsi məqsədi ilə yaradılmış İşçi qrupuna rəhbər təyin edilib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” Sərəncamına dəyişiklik edilməsini təsdiqləyib.

İndiyə qədər İşçi qrupuna keçmiş Milli Məclis sədrinin müavini Valeh Ələsgərov rəhbərlik edirdi.

Sərəncama əsasən, sənəddə aşağıdakı dəyişikliklər edilib:

"1. 1-ci hissə ilə yaradılmış İşçi qrupun tərkibi aşağıdakı redaksiyada verilsin:

"İşçi qrupun rəhbəri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

İşçi qrupun üzvləri:

Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı

Salyan Rayon İcra Hakimiyyətinin başçısı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri

"Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

"Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru

"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti.”.

2. 2-ci hissə üzrə:

2.1. birinci abzasdan "müvafiq sahədə nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə” sözləri çıxarılsın;

2.2. 2.1-ci bənddən "və onun həyata keçirilməsinin ətraflı planını” sözləri çıxarılsın;

2.3. 2.2-ci bənddən "ərazi sərhədləri, həmin sərhədlər daxilində” və "hüdudları, Azad Zona ərazisinin” sözləri çıxarılsın;

2.4. 2.4-cü bənd üzrə:

2.4.1. birinci abzasdan "ilkin mərhələdə” sözləri çıxarılsın;

2.4.2. 2.4.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

"2.4.2. əsas nəqliyyat və mühəndis-kommunikasiya təminatı sisteminin və xətlərin, digər xidmətlərin təmin edilməsi planını;”;

2.4.3. aşağıdakı məzmunda 2.4.3–2.4.5-ci yarımbəndlər əlavə edilsin:

"2.4.3. mühəndis-axtarış işlərinin nəticələrini, o cümlədən mühəndis-geoloji axtarışların nəticələrini əks etdirən materialları;

2.4.4. ətraf mühitin mövcud vəziyyəti barədə məlumatları;

2.4.5. aşağıdakı tədbirlərin həyata keçirilməsi üçün xərclər proqnozunu:

2.4.5.1. mövcud tikililərin və mühəndis-kommunikasiya qurğuları və xətlərinin köçürülməsi;

2.4.5.2. bu Sərəncamın 2.1-ci bəndində göstərilən inkişaf konsepsiyasının həyata keçirilməsi;

2.4.5.3. bu Sərəncamın 2.4.2-ci yarımbəndində göstərilən işlərin həyata keçirilməsi.”;

2.5. 2.5-ci bənd ləğv edilsin.

3. 3-cü hissə ləğv edilsin".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->