Yandex milyarderlər Vladimir Potanin və Vahid Ələkbərovdan şirkətin nəzarət paketini almaq təklifi alıb. Şirkətin Rusiyadakı aktivləri təxminən 7 milyard dollar qiymətləndirilir.
Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg məlumat
yayıb.
Bloomberg mənbələri bildirirlər ki, Yandex-in ana şirkətinin idarə heyəti, Yandex N.V. gələn həftə Dubayda keçiriləcək görüş zamanı bu təklifi müzakirə edəcək. Eyni zamanda, agentliyin həmsöhbətləri ehtimal edirlər ki, iclasda yekun qərar verilməyə bilər. Hər üç tərəfin nümayəndələri şərh verməkdən imtina ediblər.
Vladimir Potanin və Vahid Ələkbərov Yandex-in ən azı 51% səhmlərini alacaqlarını gözləyirlər. Onların qiyməti 7-7,5 milyard dollar arasında dəyişir. Agentliyin mənbələrinin bildirdiyinə görə, səhmlərin dəyəri Rusiya hakimiyyətinin göstərişləri nəzərə alınmaqla müəyyən edilib, ona əsasən, "dost olmayan” ölkələrdən olan investorlar Rusiya aktivlərindən çıxarkən endirimin ən azı 50% olmalıdır.
Bloomberg-in məlumatına görə, Vladimir Potanin, sahibkar və "Çelsi" futbol klubunun keçmiş sahibi Roman Abramoviçin, habelə VTB Bankın nümayəndələrinin daxil olduğu investorlar qrupunu təmsil edir. Həmsöhbətlər qeyd edirlər ki, bu qrupa "Severgroup”un baş direktoru Aleksey Mordaşov qoşula bilər. Yandex-in nəzarət paketini almaqda ayrıca marağı Magnitogorsk dəmir-polad zavodunun direktorlar şurasının sədri Viktor Raşnikov göstərir.
Nizami Bağırov
Şərhlər