Xəbər lenti

Polşa XİN ölkə prezidentinə Miloş Zemanın ad gününə getməməyi məsləhət görüb
Dünya 20:08 30.09.2024

Polşa XİN ölkə prezidentinə Miloş Zemanın ad gününə getməməyi məsləhət görüb

Polşa Xarici İşlər Nazirliyi ölkə prezidenti Anjey Dudaya Çexiyanın eks-prezidenti Miloş Zemanın doğum gününü qeyd etməyə getməyi oraya dəvət olunan qonaqlara görə tövsiyə etməyib.

Qaynarinfo xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi X şəbəkəsində məlumat yayıb.

"Prezident Dudanın Miloş Zemanın ad gününə səfəri ilə bağlı Xarici İşlər Nazirliyi ilə məsləhətləşmələr aparılıb, lakin biz ora dəvət olunan qonaqlara görə səfəri məsləhət bilmədik", deyə Polşa Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir.

TOK FM radiosunun efirində Polşanın xarici işlər naziri Radoslav Sikorski Dudaya "fərqli dostlar seçməyi" tövsiyə edərək, Praqaya səfərindən peşman ola biləcəyini bildirib.

Çexiya kütləvi informasiya vasitələrinin məlumatına görə, Zeman bazar günü Praqada 80 illik yubileyini açıq şəkildə qeyd edib. Duda ilə yanaşı, Slovakiya və Serbiyanın prezidentləri Peter Pelleqrini və Aleksandr Vuçiç, Macarıstan və Slovakiyanın baş nazirləri Viktor Orban və Robert Fiko, Çexiyanın eks-prezidenti Vatslav Klaus da iştirak ediblər.

Zeman rusiyayönlü mövqeyi ilə tanınıb və yalnız Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra Rusiyanı tənqid etməyə başlayıb. Onun ad gününə dəvət olunanlar arasında açıq-aşkar rusiyayönlü fikirli siyasətçilər də olub.

Polşa prezidentinin ofisi onun Zemanın ad günündə iştirakı ilə bağlı məlumatı hələlik şərh etməyib.

Zeman 2013-2023-cü illərdə Çexiyanın prezidenti olub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->