Xəbər lenti

Peruda ilk dəfə 3000 illik keşiş məzarı tapıldı (FOTO)
Dünya 21:35 28.08.2023

Peruda ilk dəfə 3000 illik keşiş məzarı tapıldı (FOTO)

Yapon və Peru arxeoloqlarından ibarət qrup Perunun şimalındakı Kajamarka bölgəsində 3000 illik keşiş məzarını aşkar ediblər. 

Qaynarinfo phys.org-a istinadən xəbər verir ki, məzarlıqda keramika əşyaları da tapılıb.

Tədqiqatçılar Perunun paytaxtı Limadan 900 km aralıda yerləşən kurqan aşkar ediblər. Bədənin yanında iki keramika möhürü olub. Onlardan birində insan siması, ikincisində isə yaquar təsvir edilib. 

Yaponiya Milli Etnologiya Muzeyindən arxeoloq Yuji Seki AFP-yə bildirib ki, tapıntı son dərəcə vacibdir, çünki məzarda eramızdan əvvəl 1000-ci illərdə şimal And dağlarında məbədləri idarə edən ilk keşişlərdən biri dəfn olunub. Alimin sözlərinə görə, dəfn müasir Peru ərazisində qədim zamanlarda böyük gücə malik olan qüdrətli hökmdarların olduğunu təsdiqləyir.

Yaponiya Milli Etnologiya Muzeyinin və Peru Milli San-Markos Universitetinin tədqiqatçıları 18 ildir ki, And dağlarının şimalında qazıntı işləri aparırlar. Əvvəlki illərdə orada eramızdan əvvəl 700-600-cü illərə aid bir neçə türbə aşkar edilmişdi.

Aydın
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->