Perunun Milli Məhkəmə Tibb və Kriminologiya İnstitutunun alimləri bəzilərinin yadplanetlilərin mumiyaları olduğuna inandıqları Naska səhrasındakı cəsədlərinin qalıqlarını araşdırıblar.
Qaynarinfo xəbər verir ki, "mumiyalar"ın tədqiqi zamanı onlarda əslində qeyri-insani elementlər, xüsusən də kiçik heyvanların fraqmentləri olduğu aşkarlanıb.
X-ray tədqiqatı göstərib ki, "yadplanetlilər"dən birinin başı məməlinin kəlləsinə uyğundur və sümüklər quşlardan götürülüb. Başqa bir nümunə hamiləlik təəssüratı yaradıb, amma sonda sadə bir daş olduğu ortaya çıxıb.
İnstitutun əməkdaşı Flavio Estrada Moreno sümüklərin Peru mədəniyyətlərinin arxeoloji qəbiristanlıqlarında tapıla bilən lama və ya alpaka kəllələrinə bənzədiyini söyləyib.
Peru alimləri yadplanetlilərə aid heç bir əlamət tapmayıblar, lakin sümük qalıqlarının muzey eksponatları olduğuna görə qanun pozuntusunun əlamətlərini görüblər. Araşdırmanın nəticələrindən sonra onların qanunsuz ixracı ilə bağlı cinayət işi açılıb.
Noyabr ayında Meksika Parlamentində dinləmələr keçirilib və bu dinləmə zamanı alimlər Perudan olan "yadplanetlilər"in cəsədlərini real adlandırılb.
Aydın
Şərhlər