Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Ermənistan baş naziri Nikol Paşinyanın Bakı ilə sülh müqaviləsinin artıq razılaşdırılmış müddəalarının imzalanması təklifini şərh edərkən deyib.
Fərhad Məmmədov bildirib ki, Qərb ciddi-cəhdlə COP-29-dan öncə və yaxud həmin tədbir çərçivəsində Ermənistanla Azərbaycan arasında sənəd imzalanmasına tələsir:
"Yaxud da ən yaxşı halda sülh sazişi adı ilə hansısa bir sənəd imzalansın. Prinsip etibarı ilə Azərbaycan tərəfi bunun mümkünsüz olduğunu hələ yay aylarında başa düşüb. Ona görə də Azərbaycan Prezidenti Ermənistana təklif etdi ki, iki dövlətin münasibətlərini çərçivəyə salan ümumi prinsiplər haqqında sənəd imzalansın. Lakin İrəvan bundan imtina etdi. İrəvan anlaşa bilmədikləri məqamların sənəddən çıxarılması, adını sülh sazişi qoymaqla sənəddəki qalan müddəalara isə imza atılmasını təklif edir. Paşinyanın bu istəyi Qərbə ünvanlanmış addımdır. Paşinyan bununla Qərbdəki hamilərinə göstərmək istəyir ki, sülh sazişi adı altında sənədə imza atmağa hazırdır".
Ekspert qeyd edib ki, Azərbaycan öz siyasətini hansısa hərəkətə və ya hansısa tədbirə görə qurmur, konyunktur siyasət həyata keçirmir:
"Ona görə də Azərbaycan XİN-in məsələyə cavabında da ciddi etiraz səsləndirildi. Çünki sülh müqaviləsinin maddələri bir-birinə bağlıdır və müqavilə imzalandıqdan sonra sülh gətirməlidir. Hər hansı məsələlərlə bağlı ikibaşlı və ya həll olunmamış məqam olmamalıdır".
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan Bakıya sülh müqaviləsinin artıq razılaşdırılmış müddəalarının imzalanmasını təklif edib. Baş nazir bu barədə İrəvan Dialoq Forumunda çıxışı zamanı danışıb.
Paşinyan qeyd edib ki, sənəddə Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasına dair müddəa da var: "Nəticədə bizim əlimizdə təsdiq edilmiş sənəd olacaq. Bu, imkan yaradacaq ki, ona uyğun işimizi davam etdirək".
Rüfət Sultan
Şərhlər