Xəbər lenti

“Pakistan Today”: Pakistan Ukrayna üzrə sammitdə iştirakdan imtina edəcək
Dünya 17:20 03.06.2024

“Pakistan Today”: Pakistan Ukrayna üzrə sammitdə iştirakdan imtina edəcək

Pakistan hökuməti İsveçrənin Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üzrə sammitdə iştirak etmək dəvətini rədd etməyə hazırlaşır.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Pakistan Today” mənbəyə istinadən yazır.

Nəşrin həmsöhbətinin sözlərinə görə, Pakistan sammitə Rusiya dəvət olunmadığı üçün nümayəndə heyəti göndərmək niyyətində deyil. "Pakistan Today”in mənbəyi qeyd edib ki, Rusiya nümayəndə heyətinin sammitdə iştirak etməməsi Pakistanı "çətin vəziyyətdə” qoyur. Onun sözlərinə görə, hakimiyyət ölkənin neytrallıq haqqında qanunu çərçivəsində iştirakdan imtina etməyi planlaşdırır. 

Ötən həftə Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zəhra Bəluç sammitə dəvətin nəzərdən keçirildiyini təsdiqləyib. 

Xatırladaq ki, Qlobal sülh sammiti 15-16 iyun tarixlərində İsveçrənin Bürgenstok şəhərində baş tutacaq. Ona Avropa İttifaqı, BRİKS və G20 ölkələrindən 160-dan çox nümayəndə heyəti dəvət olunub. Moskva dəvət edilməyib. 106 dövlət sammitdə iştirakını təsdiqləyib. Çin, Cənubi Afrika respublikası, Braziliya və Səudiyyə Ərəbistanı sammitdə iştirakdan imtina edib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->