Xəbər lenti

“PAŞA Bank”ın səhmdarlarından biri dəyişdi
Ekonomiks 14:09 28.06.2022

“PAŞA Bank”ın səhmdarlarından biri dəyişdi

"PAŞA Bank” ASC-nin səhmlərinin 28,2%-nə nəzarət edən "Ador” MMC payını satıb.

Qaynarinfo xəbər verir ki, onun payını "Bless” MMC alıb.

Bankın səhmlərinin qalan hissəsi əvvəlki qaydada "PAŞA Holdinq” MMC-yə (56,8%), 10%-i Arif Paşayevə, 5%-i isə "Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->