Peruda futbol matçı zamanı meydanda olan oyunçuları ildırım vurub.
Qaynarinfo "Exitosa" portalına
istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər yaralanıb, bir nəfər həlak olub.
Hadisə "Yuventud Bellavista" və "Familiya Çiokka" arasında keçirilən oyunun ilk hissəsində baş verib. Futbolçular fırtına səbəbindən stadionu tərk edərkən ildırım düşüb.
Zərərçəkənlər Huancayo Regional Klinik Xəstəxanasına aparılıb. Həkimlər 34 yaşlı müdafiəçi Xose Hüqo de la Kruz Mesanı xilas edə bilməyiblər. Digər qurbanların vəziyyəti ilə bağlı təfərrüatlar məlum deyil.
Bundan əvvəl Yaponiyanın Miyazaki şəhərində futbol matçı zamanı 18 məktəblini ildırım vurduğu bildirilirdi. Hadisə nəticəsində 18 futbolçu xəsarət alıb, iki qurbanın ürəyi dayanıb, uşaqlar xilas edilib, vəziyyətləri son dərəcə ağır qiymətləndirilir. Hadisədən bir qədər əvvəl Yaponiya Meteorologiya Bürosu tufan xəbərdarlığı etsə də, matç ləğv edilməyib.
Aydın
Şərhlər