Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edən bir neçə qazaxıstanlı idmançıda COVID-19 aşkarlanıb.
Qaynarinfo "Sputnuk Qazaxıstan"a istinadən xəbər verir ki, bu gün Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev olimpiya mükafatçıları ilə görüşməli idi, lakin tədbir təxirə salınıb. Onlardan hansının koronavirusa yoluxduğu barədə məlumat verilmir.
Prezidentin mətbuat katibi Berik Vəli bildirib ki, görüş mütləq baş tutacaq. Onun avqustun sonunda Akordada keçirilməsi planlaşdırılır.
Aydın
Şərhlər