Xorvatiyanın müdafiə naziri Mario Banoziç ölümlə nəticələnən yol qəzası törətdiyi üçün vəzifəsindən azad edilib.
Qaynarinfo "İndex"ə
istinadən xəbər verir ki, qəza nəticəsində nazirin özü də xəsarət alıb.
İstintaqın ilkin nəticələrinə görə, 44 yaşlı nazir öz avtomobili ilə yük maşınını aşırıb, sonra qarşıdan gələn zolaqla hərəkət edən mikroavtobusa çırpılıb. Sonuncunun sürücüsü dünyasını dəyişib, Banoziç isə xəstəxanaya yerləşdirilib.
Xorvatiyanın baş naziri Andrii Plenkoviç fövqəladə şəraiti nəzərə alaraq Banoziçi müdafiə naziri vəzifəsindən kənarlaşdırıb. Ölkə hökuməti mərhumun ailəsinə başsağlığı verib.
Yerli KİV-in məlumatına görə, Banojiç ova gedirmiş. Qəza nəticəsində o, beyin zədələnməsi, döş qəfəsi və ətraflarından çoxsaylı xəsarətlər alıb. O, həkim nəzarətindədir, lakin aldığı xəsarətlər həyatı üçün təhlükəli deyil. Eyni zamanda, həkimlərin dediyinə görə, o, qəzanı xatırlamır.
Aydın
Şərhlər