Norveç 2019-cu ildə Ankaraya qarşı müdafiə sənayesində tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırmaq qərarına gəlib.
Qaynarinfo "Anadolu”ya istinadla xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keceli X sosial şəbəkəsində
yazıb.
Kecelinin sözlərinə görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan norveçli həmkarı Espen Bart Eide ilə telefon danışığı aparıb.
"Norveçin xarici işlər naziri Eide Norveçin 2019-cu ildə Türkiyəyə qarşı tətbiq etdiyi müdafiə sənayesi məhdudiyyətlərini ləğv etmək qərarını açıqladı”, - Keceli yazıb.
Türkiyənin xarici işlər naziri bu qərarı alqışlayıb. XİN nümayəndəsi qeyd edib ki, bu cür məhdudiyyətlər alyansın ruhuna uyğun gəlmir.
Alpər
Şərhlər