(İlk xəbər saat 11.11-də dərc olunub)
Bakıda nikah kağızı olmayan xəstəni doğum evinə buraxmayaıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb.
Məlumatda bildirilir ki, dünyaya uşaq gətirməkdə olan qadın Bakıxanov qəsəbəsindəki doğum evinə aparılıb. Lakin qadını xəstəxananın qapısından içəri buraxmayıblar.
Doğum evi qadından nikah haqqında şəhadətnamə tələb edib. Bildirib ki, nikah haqqında şəhadətnamə olmadan xəstə qəbul olunmayacaq. Xəstənin yaxınları nikah haqqında şəhadətnaməni gətirəndən sonra xəstəni xəstaxanaya götürüblər.
Bu hal qanunvericiliklə necə tənzimlənir? Hüquq müdafiəçisi Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında qanunvericilikdə belə maddənin olmadığını bildirib:
"Belə məqamda qadın nikahda olub-olmamasının önəm daşımır. Bu xəstəxananın özbaşınalığıdır. İnsan haqlarının kobud şəkildə pozulmasıdır".
Əkrəm Həsənov qeyd edib ki, sözü gedən xəstə hüquq-mühafizə orqanlarına şikayət edə bilər.
***
TƏBİB-dən Qaynarinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, hər bir vətəndaş sağlamlığının qorunması üçün tibb müəssisəsinə maneəsiz müraciət etmək hüququ var:
"Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ var. Bu hüquq qanunvericiliklə nəzərdə tutulmamış hər hansı bir sənədin tələb edilməsi ilə müşayiət olunmur və bu səbəbdən vətəndaşdan tibbi xidmətin göstərilməsi müqabilində nikah haqqında şəhadətnamənin istənilməsi qanunauyğun deyil.
Sosial şəbəkədə anonim şəkildə paylaşılan iddia TƏBİB-in tabeliyindəki tibb müəssisəsinə aiddirsə, fakt təqdim edildiyi təqdirdə ətraflı araşdırıla bilər. Qeyd edək ki, vətəndaşlar tibbi xidmət almaq və icbari tibbi sığortadan yararlanmaq üçün şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir".
Bahar Rüstəmli
Şərhlər