Xəbər lenti

Neymar prezidentə görə Braziliyanın oyunlarını boykot edə bilər
İdman 12:14 17.10.2023

Neymar prezidentə görə Braziliyanın oyunlarını boykot edə bilər

Neymar ölkə Futbol Federasiyasının prezidenti Ednaldo Rodrigeslə mübahisəsinə görə Braziliya millisinin oyunlarını boykot edəcəyi ilə hədələyib.

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Xose Karlos Araujo sosial şəbəkədə yazıb.

Neymar Rodrigesə qarşı təhqiramiz ifadələr işlədib.

Qeyd edək ki, oktyabrın 13-də Braziliya Venesuela ilə dünya çempionatının seçmə mərhələsində heç-heçə oynayıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Braziliya millisinin heyətində Qabriel Maqalhaes fərqlənib. Venesuelanın qolunu Eduard Bello vurub. Final fitindən sonra Neymara popkorn atılıb.

Daha sonra məlum olub ki, braziliyalı futbolçular - Neymar, Vinisius və Riçarlison 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Venesuela ilə matçdan əvvəl qızlarla əyləncə məclisi təşkil ediblər. Bu barədə jurnalist Mateus Baldi sosial şəbəkələrdə məlumat verib.

"WhatsApp"da yayılan səs yazısı Neymarın Rebeka Ribeyro, Vinisius ilə Letikia Soqiro və Riçarlison ilə Rita Lopes ilə birlikdə olduğunu göstərir. Mato Qrosso ştatının paytaxtında da yayılan videoda bəzi insanlar şəkildəki sarışının səhər saatlarında Braziliya millisinin qaldığı oteldən çıxan Soqiro olduğuna diqqət çəkirlər”, deyə jurnalist bildirib.

Neymar 2023-cü ilin yay transfer pəncərəsində Səudiyyə Ərəbistanından "Əl-Hilal" klubuna keçib. Vinisius "Real Madrid"də, Riçarlison isə "Tottenhem”də çıxış edir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->