Səudiyyə Ərəbistanının "Əl-Hilal” klubunun və Braziliya millisinin 31 yaşlı futbolçusu Neymar porno ulduzdan intim fotolar istəyib.
Qaynarinfo xəbər verir ki, İspaniyanın "Marca" nəşri braziliyalı futbolçu və "OnlyFans"ın ulduzu Alin Fariyanın şəxsi yazışmalarının skrinşotundan ibarət kollaj dərc edib.
Neymar ondan intim fotolar istəyib və görüşməyi də təklif edib.
"Çılpaq şəkilləriniz var? San Pauloda olanda sizə xəbər verəcəm, görüşmək istərdim”, deyə Neymar yazıb.
"Məndə bunlardan bir neçəsi var", deyə Fariya cavab verib.
"Onlar hansılardır? Mən görmək istəyirəm" deyə Neymar söhbəti davam edib.
Sonra Alin Fariya intim fotoşəkillər üçün pul ödəməli olduğunu işarə edərək braziliyalı ulduza "OnlyFans”dakı səhifəsinə keçid göndərib, lakin Neymar saytı bəyənməyib. Bundan sonra Alin Neymara sayta abunə olmağı tövsiyə edib və "şirin xəyallar" arzulayıb.
Xatırladaq ki, braziliyalı futbolçu Braziliya millisinin Uruqvayla qarşılaşmasında dizindən və meniskindən zədə alıb. Buna görə də o, hələ ki, Səudiyyə Ərəbistanının "Əl-Hilal” komandasının heyətində məşq edə və oynaya bilmir.
Nizami Bağırov
Şərhlər