Xəbər lenti

Nazirliyə ziyan vuran şirkət rəhbərlərinin məhkəməsi başlayır
Ekonomiks 17:27 24.06.2024

Nazirliyə ziyan vuran şirkət rəhbərlərinin məhkəməsi başlayır

Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmarda ittiham edilən şirkət sahibləri Emil Qulubəyovla Nəriman Laziminin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. 

Qaynarinfo-nun məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İyulun 1-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Əli Məmmədovun sədrliyi ilə keçiriləcək. 

Emil Qulubəyov "Spektr-R" şirkətinin rəhbəridir. Bu şirkət 5 may 2017-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 2 manatdır. 

Nəriman Lazimi isə "Kondor TS" MMC-nin rəhbəridir. 24 aprel 2010-cu ildə qeydiyyata alınan şirkətin nizamnamə kapitalı 10 manatdır. 

Emil Qulubəyovla Nəriman Laziminin ittiham olunduğu 193-1.2.3-cü (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsində 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla 5 ildən 8  ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. 

Maliyyə Nazirliyi iş üzrə zərərçəkmiş qismində tanınıb. İşin təfərrüatları haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->