Norveç Silahlı Qüvvələrinin Baş komandanı Eyrik Kristoffersen hesab edir ki, NATO-nun Rusiya ilə mümkün qarşıdurmaya hazırlaşması üçün iki-üç il vaxtı var.
Qaynarinfo xəbər verir ki, o, bu barədə "Bloomberg”ə müsahibəsində
bildirib.
Onun sözlərinə görə, əvvəllər Alyans hesab edirdi ki, Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı işğalı nəticəsində tükənmiş hərbi potensialını bərpa etmək üçün on ilə qədər vaxt lazımdır.
"Ancaq mən hesab edirəm ki, Rusiyada fəaliyyət göstərən sənaye bazasına görə indi 10 ildən də daha az vaxtımız qalıb. Ona müəyyən vaxt tələb olunacaq, bu da bizə növbəti iki-üç il ərzində gücümüzü bərpa etmək, Ukraynanı dəstəkləməklə eyni zamanda ehtiyatlarımızı bərpa etmək üçün vaxt verir”, - Kristoffersen bildirib.
O qeyd edib ki, hazırda Oslonun müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı NATO tərəfindən razılaşdırılmış tələbləri yerinə yetirmək üçün vaxtı var.
"Ona görə də, biz bu planları və bu qərarları növbəti illərdə məzmunla doldura bilərik, lakin sürətlənmək lazımdır. Baş verə biləcək hər şeyə hazır olmaq üçün bunları iki-üç il ərzində etməliyik”, - Kristoffersen vurğulayıb.
Nizami Bağırov
Şərhlər