Brüsseldə, NATO-nun mənzil-qərargahında bu yaxınlarda alyansa qoşulan İsveçin bayrağının qaldırılması mərasimi keçirilib.
Qaynarinfo
xəbər verir ki, tədbirdə NATO-nun baş katibi Yens Stoltenberq və İsveçin baş naziri Ulf Kristersson iştirak ediblər.
Stoltenberq "bu, tarixi bir gündür" deyib.
"Biz İsveçi NATO-da alqışlayırıq" deyən baş katib qeyd edib ki, bu, alyansı daha da gücləndirəcək. Stoltenberq həmçinin qeyd edib ki, ölkələr birlik və həmrəyliyin vahid cəbhəsi kimi çıxış edir və bir-birini qorumaq niyyətindədir.
Onun sözlərinə görə, "alyansın qapıları açıqdır”.
Rəsmi çıxışlardan sonra digər alyans üzvlərinin bayraqlarının yanında İsveç bayrağı qaldırılıb, sonra NATO himni səsləndirilib.
Xatırladaq ki, İsveç martın 7-də alyansa qoşulub.
Alpər
Şərhlər