Xəbər lenti

Müəllimi intihara aparan səbəblər:
Ölkə 12:52 10.10.2024

Müəllimi intihara aparan səbəblər: "Bu, cəmiyyətin problemidir"

"Bu hadisə cəmiyyətin problemidir. Həmin şəxs müəllim olduğu üçün intihar etməyib".

Bunu Qaynarinfo-ya təhsil eksperti Məzahir Məmmədli deyib. Ekspert hesab edir ki, müəllimin intiharının onun peşəsi, yaxud da kirayə qalması ilə əlaqələndirmək ədalətsizlik olar:

"Bu gün dövlət maraqlı olmalıdır ki, gənc müəllimlər üçün şərait, imkan yaratsın, güzəştli ipotekalar versin, mənzil şəraitlərini yaxşılaşdırsın. Əlbəttə ki, indiki şəraitdə kirayə qalmaq, ailə dolandırmaq çətindir. İndi bu çətinliyə dözən var, dözməyən var. İradəsində müəyyən qədər zəiflik olan şəxslər artıq buna dözə bilmir və intihara əl atır. Təəssüf doğuran haldır".

Məzahir Məmmədli son illərin müəllimlər işlərindən məmnun olduğunu açıq görünür: 

"Əmək haqlarının artırılması, regionlarda müəyyən güzəştlərin tətbiq olunması müəyyən qədər müəllimlərə stimul verir. Müəllimin intihar məsələsinə gəlincə hesab etmirəm ki, müəllim olduğu üçün intihar edib. Azərbaycanda 1 milyon 500 min şagird var. Onların tərbiyyəsi ilə ən azı 150 min müəllim məşğul olur. Bir hadisə baş verəndə onu bütünlüklə müəllimlərin adına yazmaq bir az ədalətsizlik olar". 

Ekspert vurğulayıb ki, müəllimin intiharı şagirdlər arasında müəyyən gərginliyə səbəb ola bilər:

"Müəllimin ölümünə ictimaiyyət laqeyid qala bilmir".
 
Qeyd edək ki, Bakıda müəllim Ruslan İmanov intihar edib. Mərhum Yasamal rayonunda orta məktəblərdən birində riyaziyyat fənnini tədris edirmiş. Onun şəxsi problemlərinə görə özünü öldürdüyü deyilir. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->