Avqustun 5-dən 23-dək Moldova ordusu hərbi poliqonlarda çoxmillətli "Scutul de Foc-2024” təlimi keçirir.
Qaynarinfo "Yevropeyska pravda”ya istinadən xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyindən məlumat
verilib.
Moldova, Rumıniya və ABŞ hərbçilərinin iştirak etdiyi təlim, əməliyyat imkanlarını inkişaf etdirmək və iştirak edən şəxsi heyətin qarşılıqlı fəaliyyətini artırmaq məqsədi daşıyır.
Təlimlərə Milli Ordunun hərbi texnika bölmələri və artilleriya sistemləri cəlb olunub.
"Scutul de Foc-2024” təlimi Moldova Milli Ordusunun 2024-cü il üçün təlim planına uyğun olaraq keçirilir. Təlimlər 2015-ci ildən hər il təşkil olunur.
Nizami Bağırov
Şərhlər