Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Berns İsrailə gedib və "Mossad” kəşfiyyat agentliyinin rəhbəri Devid Barnea ilə görüşüb.
Qaynarinfo xəbər verir ki, bu barədə İnterfaks İsrail mətbuatına istinadən məlumat yayıb.
"The Times of Israel” yazır ki, Börns İsrailə bir gün əvvəl gəlib. Onun Fələstin nümayəndələri ilə də danışıqlar aparacağı gözlənilir. Qəzet qeyd edir ki, onun səfərinin məqsədi tərəflər arasında gərginliyi azaltmaqdır. MKİ səfərin təfərrüatlarını şərh etməkdən imtina edib.
İsrail təhlükəsizlik qüvvələrinin İordan çayının qərb sahilində ondan çox fələstinlinin ölümünə səbəb olan antiterror əməliyyatından sonra Berns bölgəyə gəlib. Bu basqın fələstinlilərin sərt reaksiyasına səbəb olub. Xüsusilə Fələstin Milli Administrasiyası təhlükəsizlik sahəsində İsrail hakimiyyət orqanları ilə əməkdaşlığın koordinasiyasını dayandırdığını açıqlayıb. Beynəlxalq ictimaiyyət tərəfləri gərginliyi azaltmağa çağırıb.
Alpər
Şərhlər