Milyardlarla dollar dəyərindəki sərvət uğrunda mübarizə: 4 ölkə ona iddia edir (VİDEO)
Kolumbiya hökuməti 1708-ci ildə qəzaya uğrayan San Joze gəmisinin görüntülərini paylaşıb.
Gəminin göyərtəsində milyardlarla dollar dəyərində xəzinə olduğu bildirilir. Məlumata görə, gəmi Amerika qitəsində 200 ton qızılı Avropa qitəsinə daşıyarkən batıb. Gəminin qalıqları 950 metr dərinlikdədir. Bildirilir ki, indiyə qədər gəmiyə müdaxilə olunmayıb.
Qeyd edək ki, gəmidəki sərvətə Kolumbiya ilə yanaşı İspaniya da iddia edir. Məsələ burasındadır ki, 18-ci əsrdə Kolumbiya İspaniya İmperiyasının koloniyası idi. Gəmidəki xəzinə indiki Peru və Boliviyaya aid ərazilərdən toplandığı üçün bu ölkələr də 200 ton qızıla iddialıdır.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər