Xəbər lenti

Metroda gediş haqqı artımı gözlənilir? (RƏSMİ AÇIQLAMA)
Ölkə 13:52 02.10.2024

Metroda gediş haqqı artımı gözlənilir? (RƏSMİ AÇIQLAMA)

"Bakı Metropoliteni"ndə gediş haqqının metod və üsullarının tətbiqi QSC-nin səlahiyyətində olan məsələ deyil. Əvvəllər bu məsələ Tarif Şurası tərəfindən həll olunurdu. Lakin cənab prezidentin ötən il verdiyi sərəncama uyğun olaraq, bu məsələ Maliyyə və Iqtisadiyyat Nazirlikləri ilə razılaşdırmaqla, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib".

Bu sözləri Qaynarinfo-ya açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə,"Bakı Metropoliteni" aidiyyəti səlahiyyətli qurumlar qarşısında hesabatlıdır və müntəzəm olaraq bu hesabatları təqdim edir:

"Bu hesabatlara "Bakı Metropoliteni"nin maliyyə hesabatları da daxil olur və orada bir sərnişinin maya dəyəri, bu maya dəyərin formalaşması və bütün bu məsələlərin hər birisi əyani şəkildə öz əksini tapır. Ümumiyyətlə gediş haqqının dəyişdirilməsi məsələsi aktual deyil".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->