Xəbər lenti

Mətbuatın “Putinin dostu” adlandırdığı Le Pen Rusiyanı işğala görə tənqid etdi
Dünya 17:07 14.03.2024

Mətbuatın “Putinin dostu” adlandırdığı Le Pen Rusiyanı işğala görə tənqid etdi

Əvvəllər 2014-cü ildə Krımda keçirilən "referendumun” "qanuni” olduğunu bildirən Fransanın ifrat sağçı Milli Birlik Partiyasının keçmiş lideri Marin Le Pen gözlənilmədən Ukraynanın işğalına görə Rusiya Federasiyasını tənqid edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə o, X sosial şəbəsində yazıb.

"2022-ci il fevralın 24-də Ukraynanı işğal etməklə Rusiya Aİ-nin astanasında müharibəyə və son 20 ildə bəlkə də ən dramatik olan geosiyasi böhrana yol açdı”, - o, parlamentdə Ukraynaya dəstək mövzusunda müzakirələr zamanı deyib. 

Onun sözlərinə görə, Fransa "təsirə məruz qalan Ukrayna xalqına hörmət etməyə və dəstək verməyə” borcludur.

Eyni zamanda, Le Pen Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun yeridilməsi ilə bağlı sözlərini tənqid edib.

"Emmanuel Makron quru qoşunlarının göndərilməsinin istisna edilmədiyini təsdiq etməklə, birgə müharibəyə doğru daha bir addım atdı. Cənab Baş nazir, bu şərhlərdən narahat olan milyonlarla fransızın səsini Respublika Prezidentinə çatdırarsınızmı?", - deyə o, Fransanın Baş naziri Qabriel Attala müraciət edib. 
Xatırladaq ki, 2022-ci ilin aprelində Marin Le Pen Rusiyanın Krımda keçirdiyi qondarma "referendum”u tanıdığını bəyan edib.

El Pais yazıb ki, Le Pen uzun illər Rusiya və onun prezidenti Vladimir Putinlə ən yaxın əlaqədə olan fransız siyasətçisi olub. Onun partiyası 2014-cü ildə Rusiya bankından 9 milyon avro kredit alıb və o, Putinin qlobal baxışını bölüşdüyünü bildirib.

2022-ci ilin fevralında Ukraynanın işğalından sonra o, bu mövzudan uzaqlaşıb və "xalqların suverenliyinə inandığını” bildirib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->