Xəbər lenti

Ölkə 14:04 24.10.2024

"Mənə qarşı çox haqsızlıq edilib" - FHN-lə məhkəmə çəkişməsi olan polkovnik-leytenant

Fövqəladə Hallar Nazirliyi (FHN) ilə məhkəmə çəkişməsində olan sözügedən qurumun Tibb Xidmətinin keçmiş əməkdaşı, polkovnik-leytenant Rəşad Feyzullayev hüquqlarının pozulduğunu bildirir. 

Polkovnik-leytenant Qaynarinfo-ya açıqlamasında deyib ki, 2022-ci ilin may ayından 2023-cü ilin iyun ayına qədər qanunvericiliyə zidd olaraq 13 ay FHN-nin sərəncamında saxlanılıb. 

"Bu dövrdə mənə qarşı çoxlu haqsızlıqlar edilib. Prezident Adminstrasiyasına, Ombudsman Aparatına və Bakı İnzibati Məhkəməsinə müraciət etməklə pozulmuş hüquqlarımı bərpasına nail olmuşam. Hazırda da bu proses davam edir. 2023-cü ilin dekabr ayında iddiaçı olaraq Bakı İnzibati Məhkəməsinə üç məsələ ilə bağlı iddia qaldırmışam. İddiada irəli sürdüyüm tələblərdən biri elə məhkəmə porsesi zamanı, digəri isə məhkəmənin qərarı ilə təmin olunub. İddiamın təmin edilməyən hissəsinə görə isə apellyasiya sikayəti vermişəm", deyə Rəşad Feyzullayev əlavə edib. 

Polkovnik-leytenant məhkəmə iddiasının işə bərpa ilə bağlı olmadığını deyib. 

"Hazırda təqaüddəyəm və Fövqəladə Hallar Nazirliyində işə bərpa olunmaq niyyətim yoxdur. Məhkəmə çəkişməsinin detallarını açıqlamaq istəmirəm. Bu məhkəməyə təzyiq kimi qiymətləndirilə bilər", deyə Rəşad Feyzulayev bildirib.
   
Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->