Xəbər lenti

Mən vaxtımda Rusiya Ukraynaya hücum etsəydi, Moskvanı bombalayardım - Tramp
Dünya 12:45 29.05.2024

Mən vaxtımda Rusiya Ukraynaya hücum etsəydi, Moskvanı bombalayardım - Tramp

ABŞ prezidentliyinə namizəd Donald Tramp prezidentliyi dövründə Ukraynanın işğalı başlasaymış, Moskvanı "bombalayacağını” söyləyib. O, bunu seçki kampaniyası zamanı özəl tədbirdə deyib.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Washington Post" yazır.

Nəşrin anonim həmsöhbətləri qeyd ediblər ki, ABŞ prezidenti Tramp olsaymış, "Rusiya Federasiyası Ukraynanı işğal və ya Çin Tayvana hücum edərdisə, Moskva və Pekini bombalayacağını” deyib. Bu sözlər onun bəzi kampaniya donorlarını təəccübləndirib.

Jurnalistlər əlavə edirlər ki, ümumiyyətlə, seçkiqabağı tədbirlər zamanı Tramp xarici siyasətdən, mitinqlərdə müzakirə etdiyi mövzulardan, yəni inflyasiya və immiqrasiyadan danışır.

"Holivudda və Silikon Vadisində Co Baydenin tərəfdarları Baydenin fəlakətli kampaniyasını dəstəkləməkdən çəkindikcə, bütün ölkə üzrə donorlar, Co Baydenin daha dörd illik qorxunc siyasətini ödəyə bilməyəcəyimizi başa düşdükləri üçün prezident Trampı yenidən seçmək üçün səylərini artırırlar, - Trampın mətbuat katibi Karolina Levit açıqlamasında bildirib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->